سورةالتكاثر {١٠٢} 102. AT-TAKAATHUR
أَلْهَاكُمُ التَّكَاثُرُ {١} 1. (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
حَتَّىٰ زُرْتُمُ الْمَقَابِرَ {٢} 2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
كَلَّا سَوْفَ تَعْلَمُونَ {٣} 3. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ {٤} 4. Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ {٥} 5. Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
لَتَرَوُنَّ الْجَحِيمَ {٦} 6. (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ {٧} 7. Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ {٨} 8. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne´mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!
Al-Qur'an Today @2006