سورةقريش {١٠٦} 106. QARISY
لِإِيلَافِ قُرَيْشٍ {١} 1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ {٢} 2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ {٣} 3. Bu evin Rəbbinə (Kə´bənin sahibi Allaha) ibadət etsinlər!
الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ {٤} 4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.
Al-Qur'an Today @2006