 |
| أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ {١} |
1. Dini yalan sayan o kimsəni gördünmü? |
| فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ {٢} |
2. O elə adamdır ki, yetimi qovar |
| وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ {٣} |
3. və heç kəsi kasıba əl tutmağa sövq etməz. |
| فَوَيْلٌ لِلْمُصَلِّينَ {٤} |
4. Vay halına namaz qılanların – |
| الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ {٥} |
5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. |
| الَّذِينَ هُمْ يُرَاءُونَ {٦} |
6. Onlar riyakardırlar |
| وَيَمْنَعُونَ الْمَاعُونَ {٧} |
7. və az bir şey verməkdən belə imtina edirlər. |
 |