سورةالفلق {١١٣} 113. AL-FALAQ
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ {١} 1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!
مِنْ شَرِّ مَا خَلَقَ {٢} 2. Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ {٣} 3. Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ {٤} 4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ {٥} 5. Və bir də paxıllığı tutanda paxılın şərindən!"
Al-Qur'an Today @2006