 |
| قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ {١} |
1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə; |
| مَلِكِ النَّاسِ {٢} |
2. İnsanların ixtiyar sahibinə; |
| إِلَٰهِ النَّاسِ {٣} |
3. İnsanların tanrısına; |
| مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ {٤} |
4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- |
| الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ {٥} |
5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, |
| مِنَ الْجِنَّةِ وَالنَّاسِ {٦} |
6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]" |
 |