سورةالواقعة {٥٦} 56. AL-WAAQI´AH
إِذَا وَقَعَتِ الْوَاقِعَةُ {١} 1. Vaqiə qopacağı zaman
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ {٢} 2. onun qopduğunu heç kəs dana bilməz.
خَافِضَةٌ رَافِعَةٌ {٣} 3. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا {٤} 4. Yer şiddətlə titrədiyi zaman,
وَبُسَّتِ الْجِبَالُ بَسًّا {٥} 5. Dağlar parça-parça olub ovxalandığı
فَكَانَتْ هَبَاءً مُنْبَثًّا {٦} 6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً {٧} 7. siz üç dəstəyə ayrılacaqsınız.
فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ {٨} 8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ {٩} 9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
وَالسَّابِقُونَ السَّابِقُونَ {١٠} 10. Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
أُولَٰئِكَ الْمُقَرَّبُونَ {١١} 11. Onlar Allaha yaxın olanlar,
فِي جَنَّاتِ النَّعِيمِ {١٢} 12. Nəim bağlarında qalacaq kimsələrdir.
ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ {١٣} 13. Onların çoxu əvvəlki nəsillərdən,
وَقَلِيلٌ مِنَ الْآخِرِينَ {١٤} 14. az bir qismi də axırıncılardandır.
عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ {١٥} 15. Onlar bəzənmiş taxtlar üstündə
مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ {١٦} 16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ {١٧} 17. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ {١٨} 18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ {١٩} 19. ondan başları ağrımaz və məst olmazlar,
وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ {٢٠} 20. bəyənib seçdikləri meyvələr
وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ {٢١} 21. və istədikləri quş əti ilə hərlənəcəklər.
وَحُورٌ عِينٌ {٢٢} 22. Onları iri qaragözlü hurilər gözləyir –
كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ {٢٣} 23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ {٢٤} 24. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا {٢٥} 25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
إِلَّا قِيلًا سَلَامًا سَلَامًا {٢٦} 26. Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.
وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ {٢٧} 27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
فِي سِدْرٍ مَخْضُودٍ {٢٨} 28. Onlar tikansız sidr ağacları arasında,
وَطَلْحٍ مَنْضُودٍ {٢٩} 29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
وَظِلٍّ مَمْدُودٍ {٣٠} 30. uzanmış kölgəliklərdə,
وَمَاءٍ مَسْكُوبٍ {٣١} 31. daim axan sular kənarında,
وَفَاكِهَةٍ كَثِيرَةٍ {٣٢} 32. çoxlu meyvələr,
لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ {٣٣} 33. tükənməz və qadağan edilməyən meyvələr içində
وَفُرُشٍ مَرْفُوعَةٍ {٣٤} 34. və hündür döşəklər üstündə olacaqlar.
إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً {٣٥} 35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
فَجَعَلْنَاهُنَّ أَبْكَارًا {٣٦} 36. Onları bakirə qızlar edəcəyik –
عُرُبًا أَتْرَابًا {٣٧} 37. ərlərini sevən, həmyaşıdlar.
لِأَصْحَابِ الْيَمِينِ {٣٨} 38. Bunlar sağ tərəf sahibləri üçündür.
ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ {٣٩} 39. Onların çoxu əvvəlki nəsillərdən,
وَثُلَّةٌ مِنَ الْآخِرِينَ {٤٠} 40. bir qismi də axırıncılardandır.
وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ {٤١} 41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
فِي سَمُومٍ وَحَمِيمٍ {٤٢} 42. Onlar qızmar yel və qaynar su içində,
وَظِلٍّ مِنْ يَحْمُومٍ {٤٣} 43. qapqara duman kölgəsində olacaqlar.
لَا بَارِدٍ وَلَا كَرِيمٍ {٤٤} 44. Bu duman nə sərin, nə də xoşagələndir.
إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ {٤٥} 45. Onlar bundan əvvəl cah-calal içində idilər,
وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ {٤٦} 46. böyük günah işlətməkdə israr edirdilər
وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ {٤٧} 47. və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ {٤٨} 48. Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ {٤٩} 49. De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ {٥٠} 50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ {٥١} 51. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ {٥٢} 52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ {٥٣} 53. qarınlarınızı onunla dolduracaqsınız,
فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ {٥٤} 54. üstündən də qaynar su içəcəksiniz.
فَشَارِبُونَ شُرْبَ الْهِيمِ {٥٥} 55. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ {٥٦} 56. Bu onların Haqq-hesab günündəki ziyafətidir.
نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ {٥٧} 57. Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ {٥٨} 58. Axıtdığınız nütfəni gördünüzmü?
أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ {٥٩} 59. Onu siz yaradırsınız, yoxsa Biz?
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ {٦٠} 60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ {٦١} 61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ {٦٢} 62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ {٦٣} 63. Əkdiyinizi gördünüzmü?
أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ {٦٤} 64. Onu siz bitirirsiniz, yoxsa Biz?
لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ {٦٥} 65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
إِنَّا لَمُغْرَمُونَ {٦٦} 66. və deyərdiniz: “Biz ziyana uğradıq.
بَلْ نَحْنُ مَحْرُومُونَ {٦٧} 67. Daha doğrusu nemətlərdən məhrum olduq!”
أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ {٦٨} 68. İçdiyiniz suyu gördünüzmü?
أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ {٦٩} 69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ {٧٠} 70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ {٧١} 71. Yandırdığınız odu gördünüzmü?
أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ {٧٢} 72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ {٧٣} 73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ {٧٤} 74. Elə isə Ulu Rəbbinin adına təriflər de!
فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ {٧٥} 75. Ulduzların batdığı yerlərə and olsun!
وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ {٧٦} 76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ {٧٧} 77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
فِي كِتَابٍ مَكْنُونٍ {٧٨} 78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ {٧٩} 79. Ona yalnız pak olanlar toxunur.
تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ {٨٠} 80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ {٨١} 81. Siz bu kəlamı yalan sayırsınız?
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ {٨٢} 82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ {٨٣} 83. Can boğaza yetişdiyi zaman –
وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ {٨٤} 84. həmin an siz can verən adama baxırsınız.
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ {٨٥} 85. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ {٨٦} 86. Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ {٨٧} 87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ {٨٨} 88. Amma əgər o, Allaha yaxın olanlardandırsa,
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ {٨٩} 89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ {٩٠} 90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,
فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ {٩١} 91. ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.
وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ {٩٢} 92. Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
فَنُزُلٌ مِنْ حَمِيمٍ {٩٣} 93. onun ziyafəti qaynar su olacaq,
وَتَصْلِيَةُ جَحِيمٍ {٩٤} 94. özü də Cəhənnəmdə yanacaqdır.
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ {٩٥} 95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ {٩٦} 96. Elə isə Ulu Rəbbinin adına təriflər de!
Al-Qur'an Today @2006