 |
| الْحَاقَّةُ {١} |
1. Haqq olan qiyamət! |
| مَا الْحَاقَّةُ {٢} |
2. Nədir qiyamət?! |
| وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ {٣} |
3. Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?) |
| كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ {٤} |
4. Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar! |
| فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ {٥} |
5. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi. |
| وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ {٦} |
6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu. |
| سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ {٧} |
7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər. |
| فَهَلْ تَرَىٰ لَهُمْ مِنْ بَاقِيَةٍ {٨} |
8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! |
| وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ {٩} |
9. Fir´on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö´təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər. |
| فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً {١٠} |
10. Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. |
| إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ {١١} |
11. Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq. |
| لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ {١٢} |
12. Ona görə ki, bunu (mö´minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın! |
| فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ {١٣} |
13. Sur bircə dəfə üfürüləcəyi; |
| وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً {١٤} |
14. Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman - |
| فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ {١٥} |
15. Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır! |
| وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ {١٦} |
16. Və (göy) süst düşüb parçalanacaqdır! |
| وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ {١٧} |
17. Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! |
| يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنْكُمْ خَافِيَةٌ {١٨} |
18. O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır! |
| فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ {١٩} |
19. Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun! |
| إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ {٢٠} |
20. Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!" |
| فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ {٢١} |
21. Bundan belə o, xoş güzəran içində, |
| فِي جَنَّةٍ عَالِيَةٍ {٢٢} |
22. Yüksək bir Cənətdə olacaqdır. |
| قُطُوفُهَا دَانِيَةٌ {٢٣} |
23. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö´minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər). |
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ {٢٤} |
24. (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!" |
| وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ {٢٥} |
25. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi! |
| وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ {٢٦} |
26. Hesabımın nə olduğunu bilməyəydim! |
| يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ {٢٧} |
27. Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) |
| مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ {٢٨} |
28. Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). |
| هَلَكَ عَنِّي سُلْطَانِيَهْ {٢٩} |
29. Mülküm (səltənətim) də məhv olub getdi!" |
| خُذُوهُ فَغُلُّوهُ {٣٠} |
30. (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın! |
| ثُمَّ الْجَحِيمَ صَلُّوهُ {٣١} |
31. Sonra da Cəhənnəmə atın! |
| ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ {٣٢} |
32. Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! |
| إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ {٣٣} |
33. Çünki o, böyük olan Allaha inanmırdı. |
| وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ {٣٤} |
34. O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı. |
| فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ {٣٥} |
35. Bu gün bax burda onun yaxın bir dostu yoxdur. |
| وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ {٣٦} |
36. İrindən başqa bir yeməyi də yoxdur. |
| لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ {٣٧} |
37. Onu ancaq günahkarlar yeyər!" |
| فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ {٣٨} |
38. And içirəm gördüklərinizə, |
| وَمَا لَا تُبْصِرُونَ {٣٩} |
39. Və görmədiklərinizə ki, |
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ {٤٠} |
40. Bu (Qur´an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür! |
| وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَا تُؤْمِنُونَ {٤١} |
41. O, şair sözü deyildir! Nə az inanırsınız! |
| وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ {٤٢} |
42. O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! |
| تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ {٤٣} |
43. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
| وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ {٤٤} |
44. Əgər o (Peyğəmbər) özündən bə´zi sözlər uydurub Bizə isnad etsəydi, |
| لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ {٤٥} |
45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! |
| ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ {٤٦} |
46. Sonra onun şah damarını qopardardıq! |
| فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ {٤٧} |
47. Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz. |
| وَإِنَّهُ لَتَذْكِرَةٌ لِلْمُتَّقِينَ {٤٨} |
48. Şübhəsiz ki, bu (Qur´an) müttəqilərə bir öyüd-nəsihətdir. |
| وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنْكُمْ مُكَذِّبِينَ {٤٩} |
49. (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik. |
| وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ {٥٠} |
50. Şübhəsiz ki, bu (Qur´an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər). |
| وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ {٥١} |
51. Doğrudan da, bu (Qur´an) gerçək bir həqiqətdir. |
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ {٥٢} |
52. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et! |
 |