 |
| وَالْمُرْسَلَاتِ عُرْفًا {١} |
1. And olsun xeyirlə göndərilənlərə |
| فَالْعَاصِفَاتِ عَصْفًا {٢} |
2. və şiddətlə əsənlərə! |
| وَالنَّاشِرَاتِ نَشْرًا {٣} |
3. And olsun Allahın əmrini yaydıqca yayanlara, |
| فَالْفَارِقَاتِ فَرْقًا {٤} |
4. haqqı nahaqdan ayırdıqca ayıranlara |
| فَالْمُلْقِيَاتِ ذِكْرًا {٥} |
5. və zikri çatdıranlara – |
| عُذْرًا أَوْ نُذْرًا {٦} |
6. üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara! |
| إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ {٧} |
7. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır. |
| فَإِذَا النُّجُومُ طُمِسَتْ {٨} |
8. Ulduzlar sönəcəyi zaman; |
| وَإِذَا السَّمَاءُ فُرِجَتْ {٩} |
9. Göy yarılacağı zaman; |
| وَإِذَا الْجِبَالُ نُسِفَتْ {١٠} |
10. Dağlar dağılacağı zaman; |
| وَإِذَا الرُّسُلُ أُقِّتَتْ {١١} |
11. Elçilərə vaxt təyin olunacağı zaman – |
| لِأَيِّ يَوْمٍ أُجِّلَتْ {١٢} |
12. deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?” |
| لِيَوْمِ الْفَصْلِ {١٣} |
13. Deyiləcəkdir: “Ayırd etmə gününədək!” |
| وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ {١٤} |
14. Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٥} |
15. Qiyaməti yalan sayanların o Gün vay halına! |
| أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ {١٦} |
16. Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?! |
| ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ {١٧} |
17. Sonrakıları da onlara qatacağıq. |
| كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ {١٨} |
18. Biz günah sahibləri ilə belə davranırıq. |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٩} |
19. Qiyaməti yalan sayanların o gün vay halına! |
| أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ {٢٠} |
20. Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? |
| فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ {٢١} |
21. Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi – |
| إِلَىٰ قَدَرٍ مَعْلُومٍ {٢٢} |
22. məlum bir vaxta kimi? |
| فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ {٢٣} |
23. Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz! |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٢٤} |
24. Qiyaməti yalan sayanların o gün vay halına! |
| أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا {٢٥} |
25. Məgər Biz yeri məskən etmədikmi – |
| أَحْيَاءً وَأَمْوَاتًا {٢٦} |
26. dirilər və ölülərə? |
| وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا {٢٧} |
27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi? |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٢٨} |
28. Qiyaməti yalan sayanların o gün vay halına! |
| انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ {٢٩} |
29. Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə! |
| انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ {٣٠} |
30. Üç qola ayrılan kölgəliyə gedin!” |
| لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ {٣١} |
31. Ora nə kölgə salır, nə də alovdan qoruyur. |
| إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ {٣٢} |
32. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür. |
| كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ {٣٣} |
33. Onlar sanki sarı dəvələrdir. |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٣٤} |
34. Qiyaməti yalan sayanların o gün vay halına! |
| هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ {٣٥} |
35. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür. |
| وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ {٣٦} |
36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٣٧} |
37. Qiyaməti yalan sayanların o gün vay halına! |
| هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ {٣٨} |
38. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik! |
| فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ {٣٩} |
39. Əgər hiyləniz varsa, Mənə qarşı işlədin! |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٠} |
40. Qiyaməti yalan sayanların o gün vay halına! |
| إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ {٤١} |
41. Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında |
| وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ {٤٢} |
42. və istədikləri meyvələr içində olacaqlar. |
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ {٤٣} |
43. Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için! |
| إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ {٤٤} |
44. Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٥} |
45. Qiyaməti yalan sayanların o gün vay halına! |
| كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ {٤٦} |
46. Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız! |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٧} |
47. O gün Qiyaməti yalan sayanların vay halına! |
| وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ {٤٨} |
48. Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər. |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {٤٩} |
49. O gün haqqı yalan sayanların vay halına! |
| فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ {٥٠} |
50. Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar? |
 |