سورةعبس {٨٠} 80. ´ABASA
عَبَسَ وَتَوَلَّىٰ {١} 1. (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
أَنْ جَاءَهُ الْأَعْمَىٰ {٢} 2. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ {٣} 3. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ {٤} 4. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
أَمَّا مَنِ اسْتَغْنَىٰ {٥} 5. (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
فَأَنْتَ لَهُ تَصَدَّىٰ {٦} 6. Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ {٧} 7. Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ {٨} 8. Yüyürə-yüyürə sənin yanına gələn
وَهُوَ يَخْشَىٰ {٩} 9. Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ {١٠} 10. Sən ondan üz çevirirsən!
كَلَّا إِنَّهَا تَذْكِرَةٌ {١١} 11. Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
فَمَنْ شَاءَ ذَكَرَهُ {١٢} 12. Kim istəsə, ondan öyüd alar.
فِي صُحُفٍ مُكَرَّمَةٍ {١٣} 13. (Bu Qur´an Allah dərgahında) çox möhtərəm (mö´təbər) səhifələrdə -
مَرْفُوعَةٍ مُطَهَّرَةٍ {١٤} 14. (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
بِأَيْدِي سَفَرَةٍ {١٥} 15. (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e´tibar edilmişdir).
كِرَامٍ بَرَرَةٍ {١٦} 16. (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt´idirlər.
قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ {١٧} 17. Ölsün (kafir) insan! O nə nankordur!
مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ {١٨} 18. (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ {١٩} 19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
ثُمَّ السَّبِيلَ يَسَّرَهُ {٢٠} 20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ {٢١} 21. Sonra onu öldürüb qəbrə qoydu.
ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ {٢٢} 22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ {٢٣} 23. Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ {٢٤} 24. İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا {٢٥} 25. Həqiqətən, Biz yağışı bol yağdırdıq.
ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا {٢٦} 26. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
فَأَنْبَتْنَا فِيهَا حَبًّا {٢٧} 27. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
وَعِنَبًا وَقَضْبًا {٢٨} 28. Üzüm və yonca;
وَزَيْتُونًا وَنَخْلًا {٢٩} 29. Zeytun və xurma (bağları);
وَحَدَائِقَ غُلْبًا {٣٠} 30. (Ağacları bir-birinə) sarmaşan bağçalar;
وَفَاكِهَةً وَأَبًّا {٣١} 31. (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ {٣٢} 32. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
فَإِذَا جَاءَتِ الصَّاخَّةُ {٣٣} 33. Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ {٣٤} 34. O gün insan qaçacaq öz qardaşından;
وَأُمِّهِ وَأَبِيهِ {٣٥} 35. Anasından, atasından;
وَصَاحِبَتِهِ وَبَنِيهِ {٣٦} 36. Zövcəsindən və oğullarından!
لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ {٣٧} 37. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ {٣٨} 38. O gün bir çox üzlər parlayacaq,
ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ {٣٩} 39. Güləcək, sevinəcəkdir.
وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ {٤٠} 40. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
تَرْهَقُهَا قَتَرَةٌ {٤١} 41. Onları zülmət (yaxud his) bürüyəcəkdir.
أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ {٤٢} 42. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
Al-Qur'an Today @2006