 |
| إِذَا الشَّمْسُ كُوِّرَتْ {١} |
1. Günəş sarınacağı zaman, |
| وَإِذَا النُّجُومُ انْكَدَرَتْ {٢} |
2. ulduzlar soluxub sönəcəyi zaman, |
| وَإِذَا الْجِبَالُ سُيِّرَتْ {٣} |
3. dağlar hərəkətə gətiriləcəyi zaman, |
| وَإِذَا الْعِشَارُ عُطِّلَتْ {٤} |
4. boğaz dəvələr başlı-başına qalacaqları zaman, |
| وَإِذَا الْوُحُوشُ حُشِرَتْ {٥} |
5. vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, |
| وَإِذَا الْبِحَارُ سُجِّرَتْ {٦} |
6. dənizlər alovlanacağı zaman, |
| وَإِذَا النُّفُوسُ زُوِّجَتْ {٧} |
7. hər kəs öz tayına qovuşdurulacağı zaman, |
| وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ {٨} |
8. diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – |
| بِأَيِّ ذَنْبٍ قُتِلَتْ {٩} |
9. hansı günaha görə öldürülmüşdür; |
| وَإِذَا الصُّحُفُ نُشِرَتْ {١٠} |
10. səhifələr açılacağı zaman, |
| وَإِذَا السَّمَاءُ كُشِطَتْ {١١} |
11. göy qopardılacağı zaman, |
| وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ {١٢} |
12. Cəhənnəm alovlandırılacağı zaman |
| وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ {١٣} |
13. və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, |
| عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ {١٤} |
14. hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. |
| فَلَا أُقْسِمُ بِالْخُنَّسِ {١٥} |
15. And içirəm gecə çıxıb gündüz batan ulduzlara, |
| الْجَوَارِ الْكُنَّسِ {١٦} |
16. seyrə çıxıb gizlənən səyyarələrə, |
| وَاللَّيْلِ إِذَا عَسْعَسَ {١٧} |
17. qaralmaqda olan gecəyə, |
| وَالصُّبْحِ إِذَا تَنَفَّسَ {١٨} |
18. və açılmaqda olan səhərə! |
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ {١٩} |
19. Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. |
| ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ {٢٠} |
20. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, |
| مُطَاعٍ ثَمَّ أَمِينٍ {٢١} |
21. orada itaət ediləndir, etibarlıdır. |
| وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ {٢٢} |
22. Sizin dostunuz Muhəmməd divanə deyildir. |
| وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ {٢٣} |
23. O, Cəbraili aydın üfüqdə gördü. |
| وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ {٢٤} |
24. O, qeybdən də xəsislik edən deyildir. |
| وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ {٢٥} |
25. Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir. |
| فَأَيْنَ تَذْهَبُونَ {٢٦} |
26. Elə isə ondan üz döndərib hara gedirsiniz? |
| إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ {٢٧} |
27. Bu, aləmlərə yalnız bir nəsihətdir – |
| لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ {٢٨} |
28. sizlərdən doğru yolda olmaq istəyənlər üçün. |
| وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ {٢٩} |
29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz! |
 |