 |
| إِذَا السَّمَاءُ انْفَطَرَتْ {١} |
1. Göy parçalanacağı zaman; |
| وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ {٢} |
2. Ulduzlar dağılıb səpələnəcəyi zaman; |
| وَإِذَا الْبِحَارُ فُجِّرَتْ {٣} |
3. Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; |
| وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ {٤} |
4. Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; |
| عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ {٥} |
5. Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir! |
| يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ {٦} |
6. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? |
| الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ {٧} |
7. O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. |
| فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ {٨} |
8. Sənə Özü istədiyi surətdə biçim verdi. |
| كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ {٩} |
9. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! |
| وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ {١٠} |
10. Sizin üstünüzdə gözətçi mələklər - |
| كِرَامًا كَاتِبِينَ {١١} |
11. (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. |
| يَعْلَمُونَ مَا تَفْعَلُونَ {١٢} |
12. Onlar sizin nə etdiklərinizi bilirlər. |
| إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ {١٣} |
13. Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö´minlər) Cənnətdə qərar tutacaqlar. |
| وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ {١٤} |
14. Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar. |
| يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ {١٥} |
15. Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar. |
| وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ {١٦} |
16. Onlar əsla oradan çıxan deyillər! |
| وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ {١٧} |
17. (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?! |
| ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ {١٨} |
18. Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-qəlbdən ibadət və itaət!) |
| يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ {١٩} |
19. O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır! |
 |