 |
| وَيْلٌ لِلْمُطَفِّفِينَ {١} |
1. Vay halına çəkidə və ölçüdə aldadanların! |
| الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ {٢} |
2. O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, |
| وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ {٣} |
3. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. |
| أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ {٤} |
4. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! |
| لِيَوْمٍ عَظِيمٍ {٥} |
5. Özü də dəhşətli bir gündə?! |
| يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ {٦} |
6. O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! |
| كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ {٧} |
7. Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir! |
| وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ {٨} |
8. Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?) |
| كِتَابٌ مَرْقُومٌ {٩} |
9. O, yazılı bir kitabdır! |
| وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٠} |
10. O gün vay halına yalan sayanların! |
| الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ {١١} |
11. O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. |
| وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ {١٢} |
12. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. |
| إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ {١٣} |
13. Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər. |
| كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ {١٤} |
14. Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. |
| كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ {١٥} |
15. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! |
| ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ {١٦} |
16. Sonra Cəhənnəmə varid qalacaqlar. |
| ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ {١٧} |
17. Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir. |
| كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ {١٨} |
18. Xeyr! (Mö´minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö´minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır! |
| وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ {١٩} |
19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?! |
| كِتَابٌ مَرْقُومٌ {٢٠} |
20. O, yazılı bir kitabdır. |
| يَشْهَدُهُ الْمُقَرَّبُونَ {٢١} |
21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər! |
| إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ {٢٢} |
22. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö´minlər Nəim cənnətlərində olacaqlar. |
| عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ {٢٣} |
23. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne´mətlərə) tamaşa edəcəklər. |
| تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ {٢٤} |
24. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən! |
| يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ {٢٥} |
25. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir. |
| خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ {٢٦} |
26. Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! |
| وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ {٢٧} |
27. Ona təsnim (suyu) qatılmışdır. |
| عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ {٢٨} |
28. O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər). |
| إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ {٢٩} |
29. Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. |
| وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ {٣٠} |
30. (Mö´minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. |
| وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ {٣١} |
31. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. |
| وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ {٣٢} |
32. Onlar (mö´minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər. |
| وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ {٣٣} |
33. Halbuki onlara (mö´minlərə) nəzarətçi göndərilməmişdir. |
| فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ {٣٤} |
34. Bu gün isə mö´minlər kafirlərə güləcəklər. |
| عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ {٣٥} |
35. Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər). |
| هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ {٣٦} |
36. Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!) |
 |