سورةالانشقاق {٨٤} 84. AL-INSYIQAAQ
إِذَا السَّمَاءُ انْشَقَّتْ {١} 1. Göy yarılacağı
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ {٢} 2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
وَإِذَا الْأَرْضُ مُدَّتْ {٣} 3. Yer dümdüz ediləcəyi,
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ {٤} 4. içindəkiləri kənara atıb boşalacağı
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ {٥} 5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ {٦} 6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ {٧} 7. Kimin kitabı sağ əlinə veriləcəksə,
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا {٨} 8. o, yüngül sorğu-suala tutulacaq
وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا {٩} 9. və sevincək öz ailəsinə qayıdacaqdır!
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ {١٠} 10. Kimin kitabı arxa tərəfindən veriləcəksə,
فَسَوْفَ يَدْعُو ثُبُورًا {١١} 11. o özünə ölüm diləyəcək
وَيَصْلَىٰ سَعِيرًا {١٢} 12. və alovlu oda atılacaqdır!
إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا {١٣} 13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ {١٤} 14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.
بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا {١٥} 15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
فَلَا أُقْسِمُ بِالشَّفَقِ {١٦} 16. And içirəm şəfəqə,
وَاللَّيْلِ وَمَا وَسَقَ {١٧} 17. gecəyə və onun ağuşuna aldıqlarına,
وَالْقَمَرِ إِذَا اتَّسَقَ {١٨} 18. bədirlənmiş on dörd gecəlik aya!
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ {١٩} 19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ {٢٠} 20. Onlara nə olub ki, iman gətirmirlər
وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩ {٢١} 21. və onlara Quran oxunduqda səcdə etmirlər?
بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ {٢٢} 22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar.
وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ {٢٣} 23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ {٢٤} 24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ {٢٥} 25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
Al-Qur'an Today @2006