 |
| وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ {١} |
1. And olsun bürclər sahibi olan göyə; |
| وَالْيَوْمِ الْمَوْعُودِ {٢} |
2. And olsun və´d olunmuş günə (qiyamət gününə); |
| وَشَاهِدٍ وَمَشْهُودٍ {٣} |
3. And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, |
| قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ {٤} |
4. (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə´nətə düçar olub) qətl edildilər. |
| النَّارِ ذَاتِ الْوَقُودِ {٥} |
5. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. |
| إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ {٦} |
6. O zaman onlar (xəndəklərin) kənarında oturub, |
| وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ {٧} |
7. (Öz əsgərlərinin) mö´minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. |
| وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ {٨} |
8. Onlardan (mö´minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə´rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. |
| الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ {٩} |
9. O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir! |
| إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ {١٠} |
10. Şübhəsiz ki, mö´min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. |
| إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ {١١} |
11. İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! |
| إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ {١٢} |
12. Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! |
| إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ {١٣} |
13. Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur! |
| وَهُوَ الْغَفُورُ الْوَدُودُ {١٤} |
14. (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. |
| ذُو الْعَرْشِ الْمَجِيدُ {١٥} |
15. Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! |
| فَعَّالٌ لِمَا يُرِيدُ {١٦} |
16. O, istədiyini edəndir. |
| هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ {١٧} |
17. (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?- |
| فِرْعَوْنَ وَثَمُودَ {١٨} |
18. Fir´on və Səmud (ordularının)? |
| بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ {١٩} |
19. Xeyr, kafir olanlar (səni və Qur´anı) elə hey təkzib etməkdədirlər. |
| وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ {٢٠} |
20. Onların bütün ixtiyarı Allahın əlindədir! |
| بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ {٢١} |
21. Xeyr, o (şe´r deyil) şanlı-şərəfli Qur´andır! |
| فِي لَوْحٍ مَحْفُوظٍ {٢٢} |
22. O, lövhi-məhfuzdadır! (Qur´an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) |
 |