 |
| وَالسَّمَاءِ وَالطَّارِقِ {١} |
1. And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!) |
| وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ {٢} |
2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?! |
| النَّجْمُ الثَّاقِبُ {٣} |
3. (O, zülməti yaran) parlaq ulduzdur! |
| إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ {٤} |
4. Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın! |
| فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ {٥} |
5. Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! |
| خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ {٦} |
6. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. |
| يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ {٧} |
7. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! |
| إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ {٨} |
8. Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! - |
| يَوْمَ تُبْلَى السَّرَائِرُ {٩} |
9. Bütün sirlərin aşkar olacağı o qiyamət günü; |
| فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ {١٠} |
10. (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar! |
| وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ {١١} |
11. And olsun yağış sahibi olan göyə; |
| وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ {١٢} |
12. And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki, |
| إِنَّهُ لَقَوْلٌ فَصْلٌ {١٣} |
13. Bu (Qur´an haqla nahaqqı) ayırd edən kəlamdır! |
| وَمَا هُوَ بِالْهَزْلِ {١٤} |
14. O, oyun-oyuncaq (əyləncə) deyildir! |
| إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا {١٥} |
15. Həqiqətən, (Məkkə müşrikləri Qur´anın nurunu söndürmək üçün) hiylə qurdular. |
| وَأَكِيدُ كَيْدًا {١٦} |
16. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. |
| فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا {١٧} |
17. Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! |
 |