 |
| سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى {١} |
1. Ən Uca Rəbbinin adına təriflər de! |
| الَّذِي خَلَقَ فَسَوَّىٰ {٢} |
2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; |
| وَالَّذِي قَدَّرَ فَهَدَىٰ {٣} |
3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi; |
| وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ {٤} |
4. O Rəbbin ki, otlağı cücərtdi, |
| فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ {٥} |
5. sonra da qaralmış samana çevirdi. |
| سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ {٦} |
6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. |
| إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ {٧} |
7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. |
| وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ {٨} |
8. Səni ən asan olana müvəffəq edərik. |
| فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ {٩} |
9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! |
| سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ {١٠} |
10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. |
| وَيَتَجَنَّبُهَا الْأَشْقَى {١١} |
11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. |
| الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ {١٢} |
12. O kimsə ki, Cəhənnəmə atılacaq, |
| ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ {١٣} |
13. O orada nə öləcək, nə də yaşaya biləcəkdir. |
| قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ {١٤} |
14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. |
| وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ {١٥} |
15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. |
| بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا {١٦} |
16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; |
| وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ {١٧} |
17. Axirət isə daha xeyirli və daha sürəklidir. |
| إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ {١٨} |
18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – |
| صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ {١٩} |
19. İbrahimin və Musanın səhifələrində. |
 |