 |
| سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى {١} |
1. (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə´ninə təriflər de! |
| الَّذِي خَلَقَ فَسَوَّىٰ {٢} |
2. O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. |
| وَالَّذِي قَدَّرَ فَهَدَىٰ {٣} |
3. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. |
| وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ {٤} |
4. O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. |
| فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ {٥} |
5. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi. |
| سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ {٦} |
6. (Ya Peyğəmbər!) Biz sənə (Qur´anı) oxudacağıq və sən (onu) unutmayacaqsan; |
| إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ {٧} |
7. Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir! |
| وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ {٨} |
8. Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. |
| فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ {٩} |
9. (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur´anla) öyüd-nəsihət ver! |
| سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ {١٠} |
10. (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! |
| وَيَتَجَنَّبُهَا الْأَشْقَى {١١} |
11. Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. |
| الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ {١٢} |
12. (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. |
| ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ {١٣} |
13. Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!) |
| قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ {١٤} |
14. (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. |
| وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ {١٥} |
15. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! |
| بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا {١٦} |
16. Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! |
| وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ {١٧} |
17. Halbuki axirət daha xeyirli və daha baqidir. |
| إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ {١٨} |
18. Həqiqətən, bu deyilənlər (Qur´andan) əvvəlki kitablarda mövcuddur - |
| صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ {١٩} |
19. İbrahimin və Musanın kitablarında! |
 |