سورةالليل {٩٢} 92. AL-LAIL
وَاللَّيْلِ إِذَا يَغْشَىٰ {١} 1. And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ {٢} 2. And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَىٰ {٣} 3. And olsun kişini və qadını yaradana!
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ {٤} 4. Sizin can atdıqlarınız başqa-başqadır.
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ {٥} 5. Kim haqqını verir və Allahdan qorxursa,
وَصَدَّقَ بِالْحُسْنَىٰ {٦} 6. və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ {٧} 7. Biz onu ən asan olana nail edəcəyik.
وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ {٨} 8. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
وَكَذَّبَ بِالْحُسْنَىٰ {٩} 9. və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ {١٠} 10. Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ {١١} 11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ {١٢} 12. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ {١٣} 13. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ {١٤} 14. Mən sizi alov saçan bir odla qorxutdum.
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى {١٥} 15. Ona ancaq ən bədbəxt kimsə girər.
الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ {١٦} 16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
وَسَيُجَنَّبُهَا الْأَتْقَى {١٧} 17. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ {١٨} 18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزَىٰ {١٩} 19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ {٢٠} 20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.
وَلَسَوْفَ يَرْضَىٰ {٢١} 21. O, mütləq razı qalacaqdır!
Al-Qur'an Today @2006