سورةالضحى {٩٣} 93. ADH-DHUHA
وَالضُّحَىٰ {١} 1. And olsun səhərə!
وَاللَّيْلِ إِذَا سَجَىٰ {٢} 2. And olsun sakitləşən gecəyə!
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ {٣} 3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ {٤} 4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ {٥} 5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ {٦} 6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ {٧} 7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ {٨} 8. Kasıb olduğun zaman səni varlandırmadımı?
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ {٩} 9. Elə isə yetimə xor baxma!
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ {١٠} 10. Səndən kömək diləyəni qovma!
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ {١١} 11. Və Rəbbinin nemətindən danış.
Al-Qur'an Today @2006