سورةالضحى {٩٣} 93. ADH-DHUHA
وَالضُّحَىٰ {١} 1. And olsun səhərə;
وَاللَّيْلِ إِذَا سَجَىٰ {٢} 2. And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ {٣} 3. (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ {٤} 4. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ {٥} 5. Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne´mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ {٦} 6. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ {٧} 7. Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ {٨} 8. Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ {٩} 9. Elə isə yetimə zülm etmə!
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ {١٠} 10. Dilənçini də (qapıdan) qovma!
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ {١١} 11. Və (həmişə) Rəbbinin sənə olan ne´mətindən söhbət aç!
Al-Qur'an Today @2006