سورةالتين {٩٥} 95. AT-TIIN
وَالتِّينِ وَالزَّيْتُونِ {١} 1. And olsun əncirə və zeytuna;
وَطُورِ سِينِينَ {٢} 2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ {٣} 3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ {٤} 4. Biz insanı ən gözəl biçimdə yaratdıq!
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ {٥} 5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ {٦} 6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ {٧} 7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ {٨} 8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Al-Qur'an Today @2006