 |
| اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ {١} |
1. Yaradan Rəbbinin adı ilə oxu! |
| خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ {٢} |
2. O, insanı qan laxtasından yaratdı. |
| اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ {٣} |
3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. |
| الَّذِي عَلَّمَ بِالْقَلَمِ {٤} |
4. O, qələmlə yazmağı öyrətdi. |
| عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ {٥} |
5. İnsana bilmədiklərini öyrətdi. |
| كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ {٦} |
6. Xeyr! İnsan, doğrudan da, həddini aşır – |
| أَنْ رَآهُ اسْتَغْنَىٰ {٧} |
7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. |
| إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ {٨} |
8. Axı son dönüşün Rəbbinədir! |
| أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ {٩} |
9. Gördünmü o kəsi ki, mane olur – |
| عَبْدًا إِذَا صَلَّىٰ {١٠} |
10. bir bəndəyə namaz qıldığı zaman? |
| أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ {١١} |
11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa, |
| أَوْ أَمَرَ بِالتَّقْوَىٰ {١٢} |
12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? |
| أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ {١٣} |
13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? |
| أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ {١٤} |
14. Məgər o bilmir ki, Allah görür? |
| كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ {١٥} |
15. Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq – |
| نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ {١٦} |
16. yalançı, günahkar kəkilindən. |
| فَلْيَدْعُ نَادِيَهُ {١٧} |
17. Qoy öz yığnağını çağırsın. |
| سَنَدْعُ الزَّبَانِيَةَ {١٨} |
18. Biz də əzab mələklərini çağıracağıq. |
| كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩ {١٩} |
19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş! |
 |