 |
| اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ {١} |
1. (Ya Peyğəmbər! Qur´ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! |
| خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ {٢} |
2. O, insanı laxtalanmış qandan yaratdı. |
| اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ {٣} |
3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! |
| الَّذِي عَلَّمَ بِالْقَلَمِ {٤} |
4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. |
| عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ {٥} |
5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. |
| كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ {٦} |
6. Xeyr, insan azğınlıq edər, |
| أَنْ رَآهُ اسْتَغْنَىٰ {٧} |
7. Özünün dövlətli olduğunu gördüyü üçün! |
| إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ {٨} |
8. Axı sənin axır dönüşün Rəbbinədir! |
| أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ {٩} |
9. Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur |
| عَبْدًا إِذَا صَلَّىٰ {١٠} |
10. Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? |
| أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ {١١} |
11. Bir de görək, əgər o doğru yoldadırsa, |
| أَوْ أَمَرَ بِالتَّقْوَىٰ {١٢} |
12. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! |
| أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ {١٣} |
13. (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur´anı) yalan sayır və (imandan) üz döndərirsə, |
| أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ {١٤} |
14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! |
| كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ {١٥} |
15. Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - |
| نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ {١٦} |
16. Özü də yalançı, günahkar kəkilindən! |
| فَلْيَدْعُ نَادِيَهُ {١٧} |
17. Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! |
| سَنَدْعُ الزَّبَانِيَةَ {١٨} |
18. Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! |
| كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩ {١٩} |
19. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! |
 |