 |
| إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا {١} |
1. Yer titrəyib lərzəyə gələcəyi zaman; |
| وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا {٢} |
2. Yer öz yükünü bayıra atacağı |
| وَقَالَ الْإِنْسَانُ مَا لَهَا {٣} |
3. və insan: “Ona nə olub?” – deyəcəyi zaman – |
| يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا {٤} |
4. həmin gün yer öz əhvalatlarını danışacaqdır. |
| بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا {٥} |
5. Çünki Rəbbin ona vəhy edəcəkdir. |
| يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ {٦} |
6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. |
| فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ {٧} |
7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. |
| وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ {٨} |
8. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. |
 |